Milorad Dodik

Milorad Dodik (bosn. Milorad Dodik; xorv. Milorad Dodik; serb. Милорад Додик; 12 mart 1959, Laktaşi[d], Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — Bosniya və Herseqovina rəyasət heyətinin hazırkı serb üzvü. Dodik 1996-cı ildə yarandığı gündən bəri Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti vəzifəsində çalışır və Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi ərazi olan Serb Respublikasında bir sıra siyasi vəzifələr tutur. Dodik 1998–2001-ci illərdə və 2006–2010-cu illərdə Serb Republikasının Baş naziri və 2010–2018-ci illərdə Serb Republikasının Prezidenti olub. MSDİ-ın Prezidenti kimi Dodik öncə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Serb Demokrat Partiyasına mülayim və islahatçı alternativi olaraq qəbul edildi. Lakin, o vaxtdan bəri Dodik və MSDİ getdikcə daha çox millətçi və separatçı xətt tutaraq, Bosniya serblərinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etdilər. Onun hakimiyyətdəki dövrü avtoritarizm, Bosniya federal qurumlarının pozulması və Serbiya və Rusiya ilə daha yaxın əlaqələri ilə xarakterizə olunur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search